Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem'' Sona görə apellyasiya şikayəti verdi

''Tottenhem'' Sona görə apellyasiya şikayəti verdi

Tarix: 5 Noyabr 2019 15:56

"Tottenhem" futbolçusu Son Hın Min İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda qırmızı vərəqə aldığı üçün apellyasiya şikayəti verib.

Qol.az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatı yazıb. 27 yaşlı hücumçunun 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra əvvəlcə görüşün baş hakimi Martin Atkinson Sona sarı vərəqə göstərib. Ancaq  portuqaliyalı yarımmüdafiəçinin ayağının qırıldığı məlum olduqdan sonra referi qərarını dəyişib və cənubi koreyalını qırmızı vərəqə ilə meydandan qovub.

Əgər İngiltərə Futbol Federasiyası qırmızı vərəqəni ləğv etməsə, o zaman  Son üç oyunluq cəzalandırılacaq.

 


Etiketlər:  Tottenhem Sona görə apellyasiya şikayəti verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ