Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 16:28
Bakı. Nərgiz Sadıxova - Trend:
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Dəniz limanları xidmətlərinin səmərəliliyi” göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.
Trend-in məlumatına görə, reytinqdə Rusiya 47-ci, Qazaxıstan 99-cu yeri tutaraq MDB ölkələri arasında müvafiq olaraq ikinci və üçüncü olub.
MDB ölkələri arasında Moldova 127-ci, Qırğızıstan 138-ci, Tacikistan 139-cu yerdə qərarlaşıb.
Reytinqdə birinci yeri Sinqapur tutub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin