Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2023 19:45
"Fatimə Fətəliyevaya məhkəmədə qalib gəldim. Fatimə hələ də məndən üzr istəməyib. Dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri şair Nazilə Səfərli ARB TV-yə müsahibəsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə aralarındakı məhkəmədən bəhs edib:
"Mən o insanla niyə barışmalıyam ki? Birdir, ikidir, üçdür... Artıq boğazıma qədər dirəndim. İnsan nə qədər zərbə yeyər. O dalaşır, ağzına gələni deyir, sonra da... Önümdəki insan qışqıranda həyatı boyu ona cavab vermirəm".
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib və uduzub. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.