Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Corcina Ronaldodan olan ikinci qızının FOTOlarını paylaşdı

Corcina Ronaldodan olan ikinci qızının FOTOlarını paylaşdı

Tarix: 21 Noyabr 2023 10:38

İspan model Corcina Rodrigez Kriştiano Ronaldodan olan kiçik qızının fotolarını paylaşıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, instaqram hesabında paylaşım edən Rodrigez şəkillərə "Sakit gəzinti anları" şərhini yazıb. 

Bir yaşlı Bella Esmeraldanın şəkilləri modelin izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Onlar fotolara "Kraliça və şahzadə", "Tarixin ən yaxşı oyunçusunun şirin ailəsi!!!", "Əkiz övladı olduğu üçün qoşa uşaq arabası" rəylərini yazıblar.

Qeyd edək ki, Bella 2022-ci ilin yazında doğulub. Doğuş zamanı onun əkiz qardaşı Anxel ölüb.

Xatırladaq ki, ulduz cütlüyün Alana Martina adlı daha bir qızı və futbolçunun Corcinadan olmayan - Kristiano Jr., Eva və Mateo adlı övladları da var.

Milli.Az


Etiketlər:  Corcina Ronaldodan olan ikinci qızının FOTOlarını paylaşdı


RƏYLƏR