Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 12:32
Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.
Sonxeber.net "report"a istinadən bildirir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır.
O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu "pentakampeonlar"la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.
Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.
Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya - Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, "sambaçılar" isə 7 xalla 5-ci pillədə qərarlaşıb.