Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşar Əliyev: Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyirlər

Yaşar Əliyev: Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyirlər

Tarix: 22 Noyabr 2023 00:51

"Regionda olmayan bəzi dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının "Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirəsində çıxışı zamanı deyib.

Səfir bildirib ki, 30 ildən çox işgal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşır.

Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb:

"Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoymuşdur. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar".

Milli.Az


Etiketlər:  Yaşar Əliyev Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ