Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən seksual keçəl o seçildi

Ən seksual keçəl o seçildi

Tarix: 22 Noyabr 2023 01:46

Böyük Britaniya şahzadəsi Uilyam dünyanın keçəl başlı ən seksual kişiləri reytinqində birinci yeri tutub.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Reboot" marketinq firması tərəfindən tərtib edilən reytinq, "çılpaq" və ya "köynəksiz" sözləri ilə müşayiət olunan keçəl məşhurların adlarının daxil olduğu axtarışların tezliyinə əsaslanıb.

Bundan əlavə, balların sayına keçəl başın boyu, görünüşü, səsi, vəziyyəti və parlaqlığı kimi xüsusiyyətlər təsir edib. Qızıl nisbətə uyğun üz cizgiləri və 96 hers-ə yaxın səs tembri olan kişilərə üstünlük verilib.

Şahzadə Uilyam keçən ilki lider, aktyor Vin Dizeli birinci yerdən kənarlaşdırıb. Onlardan başqa aktyorlar Ceyson Steytham və Samuel Cekson, basketbolçu Maykl Cordan, milyarder Ceff Bezos, həmçinin aktyorlar Dueyn Conson və Şemar Mur da seksual keçəl kişilər kimi tanınıblar. İlk onluğu basketbolçu Şaquil O'Nil və aktyor Terri Kryus tamamlayır.

Milli.Az


Etiketlər:  Ən seksual keçəl o seçildi


RƏYLƏR