Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhnədə dava düşdü, konsert yaddan çıxdı - ANBAAN VİDEO

Səhnədə dava düşdü, konsert yaddan çıxdı - ANBAAN VİDEO

Tarix: 23 Noyabr 2023 08:15

Noyabrın 21-də Melburnda Amerikanın məşhur "Brian Jonestown Massacre" qrupunun konserti solist Anton Nyukomb ilə gitaraçı Rayan Van Kridt arasındakı dava ilə yekunlaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dava vokalçının konsertin ortasında Van Kridti qovduqdan sonra başlayıb. Nyukomb gitaraçıya "Bu oğlanın mikrofonunu çıxarın, gitaramı yerə qoy. Əyləncə bitdi, bizim həqiqətən sənə ehtiyacımız yoxdur. Nə baş verdiyini yaxşıca düşün. Çünki bu, əbədidir" deyib. 

Van gitarasını çıxarıb səhnədən uzaqlaşarkən musiqiçilər bir-birlərini təhqir ediblər və bundan sonra tamaşaçıların önündə əlbəyaxa olublar.

Bununla da konsert başa çatıb və qrupun Avstraliya turunun qalan hissəsi ləğv edilib. Musiqiçilər hadisədən sonra hələ də ictimaiyyətə açıqlama verməyiblər.

Milli.Az


Etiketlər:  Səhnədə dava düşdü konsert yaddan çıxdı ANBAAN VİDEO


RƏYLƏR