Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 12:36
"Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir".
"Qafqazinfo" xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətində yer alıb.
"Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur", - Prezident bildirib.