Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atası reper oğlunun borcunu ödəməkdən İMTİNA ETDİ

Atası reper oğlunun borcunu ödəməkdən İMTİNA ETDİ

Tarix: 24 Noyabr 2023 00:00

Reper "Face"in atası Timofey Dremin oğlunun borclarını ödəmək niyyətində olmadığını bildirib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalına müsahibəsində deyib.

Bildiirlib ki, "Face" təxəllüsü ilə tanınan sənətçi İvan Dremin xarici agentin fəaliyyətini pozduğuna görə məhkəmə icraçılarına 30 min rubl borclu olub. Timofey Dremin oğlunun bu məbləği ödəyəcək qədər zəngin olduğunu bildirib.

Sənətçinin atası hazırda işləmədiyini deyib.

"Bir latviyalı olaraq adıma bir qəpik də yoxdur", - reperin valideyini qeyd edibş.

"Face" 2022-ci ilin yanvarında Rusiyanı tərk edib. Daha sonra musiqiçi qərarını "indiki vəziyyət" ilə izah edərək mahnılarını rus yayım xidmətlərindən silmək qərarına gəlib.

2022-ci ilin aprelində reper xarici agent kimi fəaliyyət göstərən xarici medianın reyestrinə daxil edilib.


Etiketlər:  Atası reper oğlunun borcunu ödəməkdən İMTİNA ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ