Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 01:00
"Arsenal"ın futbolçusu Qranit Caka komandanın kapitanı sarğısından məhrum edilib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Unai Emeri məlumat verib. O bildirib ki, 27 yaşlı yarımmüdafiəçi "Kristal Pelas"la matçda azarkeşlərlə münaqişə etdiyi üçün bu addımı atıb.
İspan mütəxəsssis Pyer-Emerik Obameyanqın komandanın yeni kapitanı təyin edildiyini söyləyib.