Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazilə Səfərli: "Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur" - VİDEO

Nazilə Səfərli:

Tarix: 25 Noyabr 2023 00:25

"Oğlum Nurlan və həyat yoldaşı Nuranəyə dəyməyə, evlərinə sonuncu dəfə iki həftə əvvəl getmişəm. Onları bir dəfə ay yarım görmədim..."

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi oğlu Nurlan və gəlini Nuranənin evlərinə gec-gec getməsinin səbəbi belə izah edib: "Mənim hər gün oğlumla-gəlinimin evinə gedib, gözü "mazol" etməkdən xoşum gəlmir. Dəqiqədə gəlinimi niyə narahat edim. Gəlinə qoçaq, pul qazanan, hörmətli, layəqətli oğul vermişəm. Mən niyə gedib burnumu onların evinə soxmalıyam?"

Bu anda proqramın aparıcısı Aysel Novruzovanın "Nənə kimi gedin, nəvənizi bir az saxlayın, gəlininiz də uzansın bir az dincəlsin... Axı gəlininiz yuxusuz gecələr keçirir. Bəs, qayınanalar və analar nə üçündür? Gəlinə kömək etmək üçün... Eləmərsiniz?" sualına Nazilənin cavabı belə olub: "Bir az yavaş ol... Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur!"

Qeyd edək ki, Nazilə Səfərlinin Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub. Cütlüyün bu ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bu şərəfə isə şairə nəvəsi üçün dəvə qurbanı kəsərək, gündəmə səs salıb. 

Milli.Az


Etiketlər:  Nazilə Səfərli Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ