Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 18:03
Qastroenteroloq və dietoloq Guzel Evstigneeva ketçup və mayonez kimi sousların kimlər üçün təhlükəli ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bəzi hallarda onları pəhrizdən tamamilə çıxarmaq lazımdır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, mütəxəssis souslardan tamamilə imtina etməyə deyil, normadan artıq istifadə etməməyə və yalnız minimum miqdarda istehlakına çağırıb.
Ancaq insulin müqaviməti olanlar ketçup və mayonezdən tamamilə uzaq durmalıdırlar. Bu, diabet, piylənmə və metabolik sindromlu insanlara aiddir.
Dietooq bildirib ki, insulin müqaviməti ilə düzgün yemək vacibdir və bu souslar iştahı açmaq üçün yaradılır.
Həmçinin arıqlamağa çalışan insanlara onların istifadəsinə qarşı xəbərdarlıq edilib. Mayonez yağlı məhsuldur və ketçupda kifayət qədər çox şəkər var.