Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 18:30
Birmingem Universitetinin alimləri dörd aylıq körpələrdə özünü dərketmə qabiliyyətini kəşf ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, eksperiment zamanı mütəxəssislər körpələrə ekranda onlara doğru və ya onlardan uzaqlaşan topu göstəriblər. Ekrandakı top ən yaxın olduğu məqamda, uşaqların əllərinə yumşaq vibrasiya ilə toxunuşu simulyasiya ediblər. Həmin anda beynin aktivliyini ölçüblər.
Tədqiqatçılar körpələrin dörd aylığından etibarən toxunma beyin aktivliyinin artdığını aşkar ediblər. Yəni, uşaqlar müstəqil olaraq obyektlərə çatmağı öyrənməmişdən əvvəl, onların beyinləri artıq sensor və vizual qavrayış arasında əlaqə yaratmağa hazırdır. Bu o deməkdir ki, onlar ətrafdakı məkanı hiss edə, bədənlərinin xarici obyektlər və şəraitlə necə qarşılıqlı əlaqədə olduğunu başa düşə bilərlər.
2023-cü ilin oktyabrında Avstraliya, Almaniya və ABŞ-dən olan beynəlxalq mütəxəssislər qrupu yeni doğulmuş uşaqlarda şüurun olduğunu sübut ediblər. Alimlər həmçinin onun əlamətlərinin daha erkən - hamiləliyin son aylarında döldə mövcud ola biləcəyini təxmin ediblər.