Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın etdiyini Ermənistan təkrarlayır - Podberezkin

Ukraynanın etdiyini Ermənistan təkrarlayır - Podberezkin

Tarix: 25 Noyabr 2023 19:56

Ermənistan parlamentinin spikeri Alen Simonyanın KTMT sammitində iştirakdan imtina etməsi ölkənin təşkilatdan çıxması ilə bağlı xəbərdarlıqdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət İnstitutunun professoru Aleksey Podberezkin "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Podberezkin qeyd edib ki, hər şey Ermənistanın KTMT-dən tezliklə çıxmasına işarə edir:

"Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq qurumu tərk edən Ukrayna ilə eyni olacaq", - o vurğulayıb.

Politoloqun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, o, KTMT-dən mütləq çıxacaq.

Xatırladaq ki, bundan əvvəl KTMT tədbirlərində Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak etməyib.

Alen Simonyan isə dekabrda keçiriləcək KTMT toplantısında iştirak etməyəcəyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Ukraynanın etdiyini Ermənistan təkrarlayır Podberezkin


RƏYLƏR