Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrəyində daş olanlar bu qidaları yeməsin - SİYAHI

Böyrəyində daş olanlar bu qidaları yeməsin - SİYAHI

Tarix: 25 Noyabr 2023 22:27

Gündəlik qəbul olunan qidalar orqanizmdə fərqli təsirlər göstərir. Son elmi araşdırmalara görə, bəzi qidalar böyrəklərdə daş əmələ gətirir.

Sonxeber.net medicina.az-a istinadən bu qidaların siyahısını təqdim edir:

- Qırmızı ət, qızardılmış mal əti

- Qəhvə, kapuçino

- Qazlı, şirəli içkilər

- Duz. şoraba

- Süd məhsulları

- Sümük suyu

- Balıq və dəniz məhsulları

Qidalanmaya diqqət edərək, daş yaranmasının qarşısını almaq olarmı?

-Bol-bol maye qəbul edin: gün ərzində 2,5 litrə yaxın su için.

-Sudan başqa limonad, portağal suyu, qreyfrut şirəsi kimi C vitamini olan meyvə suları daş yaranmasını əngəlləyir. Təzə çəkilmiş meyvə şirələrinə üstünlük verin.

- Konservləşdirilimiş meyvə şirələri isə tam əksinə daşların yaranmasına təkan verir. - Alma lifli meyvə olduğu üçün böyrəyin süzmə qabiliyyətinin yaxşılaşmasına kömək edir.

- Probiotik qida olan qatıq da böyrək üçün olduqca faydalıdır.

Yüksək lifli balqabaq müsbət təsir edir. Böyrək daşı müalicəsi ərəfəsində orqanizmdən daşların çıxarılmasına kömək edir.


Etiketlər:  Böyrəyində daş olanlar qidaları yeməsin SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ