Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 22:30
Soyuqda boğaz, qulaqlar və burunları virus eləcə də soyuqdəymədən qorumaq üçün bir sıra məsləhətlər verilib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə otorinolarinqoloq Vladimir Zaitsev danışıb.
Həkim ilk növbədə papaq və şərf taxmağı unutmamağa çağırıb. Mütəxəssis soyuqda telefonla uzun-uzadı danışmamaq və küçəyə çıxmazdan əvvəl saçınızı yumaq barədə də xəbərdarlıq edib.
O, başlıq və xəz qulaqlıqların papağı əvəz etməyəcəyini vurğulayıb. Soyuq şəraitdə papağın saça, alına və qulaqlara möhkəm oturması vacibdir.
Həkim əlavə edib ki, xəz qulaqcıq taxdıqda insanın frontal, parietal və temporal nahiyələri soyuyur ki, bu da burun sinuslarının, həmçinin orta qulağın iltihabına səbəb ola bilər. Şərfin faydalarından danışan ekspertin sözlərinə görə, bu aksessuar boyun və qırtlaqları soyuqdan qoruyur.