Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 23:06
Əl titrəməsi uzun müddət keçməyəndə və digər şikayətlərlə müşayiət olunanda ehtiyatlı olmaq lazımdır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə nevroloq Elena Belenko danışıb.
O, bizə əllərin titrəməsi kimi bir simptomun nədən xəbər verə biləcəyini söyləyib. Onun sözlərinə görə, əllərdə titrəmə bəzi stressli vəziyyətlər zamanı yarana bilər və narahat olmaq üçün heç bir şey yoxdur. Ancaq bir stəkan suyu belə götürüb ağzına gətirmək insan üçün çətinləşirsə, nevropatoloqa müraciət etməlidir.
"Titrəmə görünəndə Parkinson xəstəliyinin, dağınıq sklerozun, hər hansı beyin zədələnməsinin, şiş, insult, həmçinin periferik sinirlərin funksiyasının zədələnməsini istisna etmək vacibdir".
Həkim bildirib ki, əllərin titrəməsi ilə yanaşı, digər əlamətlər də ciddi sağlamlıq problemindən xəbər verir - başın, dilin, bütün bədənin, səsin titrəməsi, əllərdə, ayaqlarda və üzdə həssaslığın pozulması. Bundan əlavə, tremorun psixo-emosional səbəbi ola bilər, məsələn, bir insan bir şeydən narahatdırsa və ya qorxursa.