Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 07:02
Rəvayət edilir ki, Sələmə ibn Əkva demişdir: "Bir dəfə əshabələr səfərdə ikən onlardan bəzilərinin ərzaq malları azaldı və onlar yemək-içməyə möhtac qaldılar. Odur ki, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib öz dəvələrini kəsmək üçün ondan izn istədilər və o da onlara izn verdi. Sonra onlar Ömərə rast gəldilər və bu haqda ona xəbər verdilər. Ömər dedi: "Dəvələrinizi kəsdikdən sonra necə keçinəcəksiniz?" Bundan sonra Ömər Peyğəmbərin yanına gəlib dedi: "Ya Rəsulullah, onlar dəvələrini kəsdikdən sonra necə keçinəcəklər?"
Peyğəmbər buyurdu: "Camaata elan et, artıq qalmış ərzaqlarını gətirsinlər."
Bunun üçün yerə bir döşənək sərildi və əshabələr artıq qalmış ərzaqlarını onun içinə qoydular. Ərzağın hamısı bir yerə yığıldıqdan sonra Peyğəmbər qalxıb dua etdi və Allahdan onun bərəkətli olmasını dilədi. Sonra əshabələrinə qablarını götürüb gəlməyi əmr etdi və onlar da gəlib ərzaqdan istədikləri qədər ovuclayıb götürdülər. Sonra Peyğəmbər buyurdu: "Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi məbud yoxdur və mən Allahın elçisiyəm! " (əl-Buxari, 2484).