Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Bu binalar... - VİDEO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Bu binalar... - VİDEO

Tarix: 26 Noyabr 2023 17:42

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar sökülür.

Bu işlər şəhərin 3 müxtəlif ərazisində həyata keçirilir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yataqxanalarla bağlı aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparılıb və binaların istismar müddətini tam başa vurduğu bildirilib. Ona görə də təhlükəsizlik tədbirləri görülməklə yataqxanaların sökülməsi işlərinə başlanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov "Xəzər Xəbər"ə bildirib ki, söküntü işlərinə noyabr ayından qərar verilib. Söküntü olan yataqxanalarda olan ailələrə kompensasiya verilərək köçürülüb.

O da bildirilib ki, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, müxtəlif növ ağaclar əkiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sumqayıt sakinlərinə ŞAD XƏBƏR binalar VİDEO


RƏYLƏR