Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dietoloq qara çörək istifadəsinin nələrə səbəb ola biləcəyini izah etdi

Dietoloq qara çörək istifadəsinin nələrə səbəb ola biləcəyini  izah etdi

Tarix: 28 Noyabr 2023 05:18

Bir çox mütəxəssis 2-ci tip diabetli insanlara ağ çörək əvəzinə qara çörək yeməyi məsləhət görür.

Sonxeber.net xəbər verir ki, dietoloq Maykl Mosli bu məhsulu seçərkən çox diqqətli olmağı tapşırır, çünki bəzi növləri qanda şəkər səviyyəsinin artmasına səbəb olur. Onun sözlərinə görə, mağazada ala biləcəyiniz bir çox qara çörək növündə dadını yaxşılaşdıran və insanın qanındakı şəkər səviyyəsini artıra biləcək müxtəlif qatqılar var. Ekspert diabetli insanlar üçün çörək yox, kəpəkli dənli bitkilər (bulqur, çovdar, arpa, qəhvəyi düyü, qarabaşaq yarması), həmçinin paxla yeməyin daha faydalı olduğunu qeyd edib.

Bu məhsullarda şəkərdəki kəskin dalğalanmalara maneə törədən kompleks karbohidratların və bağırsaq mikroflorasını dəstəkləyən lifin olduğu bildirilir. Şirniyyat, tort, çipsi, meyvə şirəsi və qazlı içki istifadəsinin məhdudlaşdırılması da tövsiyə olunur.

Elm adamlarının apardığı araşdırmaya əsasən, yumurta da 2-ci tip diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. (publika.az)


Etiketlər:  Dietoloq qara çörək istifadəsinin nələrə səbəb biləcəyini izah etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ