Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2023 16:20
Ölkə ərazisində orta və yaşlı əhali qızılcaya qarşı peyvənd olunacaq.
Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur.
Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.