Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ciddi təhlükə yaxınlaşır: 14 gün ərzində... - XƏBƏRDARLIQ

Ciddi təhlükə yaxınlaşır: 14 gün ərzində... - XƏBƏRDARLIQ

Tarix: 28 Noyabr 2023 17:38

NASA-nın yaydığı son görüntülər Günəşin üzərindəki böyük ləkələri ortaya çıxarır. Video on ildən artıqdır ki, Günəşi izləyən NASA Solar Dynamics Observatory tərəfindən çəkilib.

Bəs bu görüntü nəyin göstəricisidir?

Milli.Az musavat.com-a istinadən bildirir ki, alimlərin fikrincə, bu, böyük Günəş partlayışlarının xəbərçisi ola bilər.

Günəş ləkələrindən ibarət "arxipelaqlar" Yerdən 15 dəfə böyükdür və bu qaranlıq ləkələrin yaranması "Günəş maksimumu"nun sürətlə yaxınlaşdığını göstərir. 

Alimlər xəbərdarlıq edirlər ki, bu ləkələr Yerə doğru şiddətli enerji dalğaları yaradaraq geomaqnit qasırğalarına səbəb ola bilər.

Günəşin maqnit qütbləri hər 11 ildən bir yerlərini dəyişir və buna Günəş dövrü deyilir. Cari dövr 2019-cu ildə başlayıb və müddətin təxminən 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə "günəş minimumu", ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə "günəş maksimumu" deyilir. 

Bu hadisələr nəticəsində kosmosa atılan yüksək enerjili hissəciklər saniyədə yüzlərlə kilometr sürətlə hərəkət edərək Yerin maqnit sahəsinə dəyir. Güclü günəş alovlarının buraxılması qlobal rabitəni pozmaq, peykləri zədələmək, elektrik şəbəkələrində nasazlıqlara səbəb olmaq və hətta uçuşlara təsir edən radiasiya fırtınaları kimi ciddi risklər yaradır. 

Məlumata görə, yaxın günlərdə Günəş alovları Yerə doğru istiqamət ala bilər. Bu isə planet miqyasında problemlərə və uzunmüddətli radiasiya fırtınalarına səbəb ola bilər. Meteoroloq Kris Vikland deyir ki, indiki Günəş tsikli zamanı müşahidə olunan ləkələr "onun indiyə qədər gördüyü ən böyük Günəş ləkələridir".

"Növbəti 14 gün çox maraqlı ola bilər" - o deyib.

Milli.Az


Etiketlər:  Ciddi təhlükə yaxınlaşır 14 gün ərzində XƏBƏRDARLIQ


RƏYLƏR