Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hakimiyyət “vətəndaş müharibəsi” ssenarisindən qurtuldu''

''Hakimiyyət “vətəndaş müharibəsi” ssenarisindən qurtuldu''

Tarix: 28 Noyabr 2023 18:44

"Fransa hakimiyyəti bir yeniyetmənin ölümü ilə artan ifrat sağçı küçə iğtişaşlarından sonra "kiçik vətəndaş müharibəsi" ssenarisindən yayınmağı bacarıb".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib.

Qeyd edək ki, ölkənin cənub-şərqindəki Krepol kommunasında baş verən iğtişaş zamanı 16 yaşlı Toma adlı yeniyetmə bıçaq zərbəsi ilə qətlə yetirilib.

Polis tərəfindən 7 nəfər saxlanılıb. Onlardan 6-sı vandalizm və polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdikləri üçün barələrində 6 aydan 10 aya qədər həbs cəzası çıxarılıb.

Nazir bildirib ki, ötən gün Lionda ifrat sağçıların iğtişaşlarından sonra 9 nəfər saxlanılıb.


Etiketlər:  Hakimiyyət vətəndaş müharibəsi ssenarisindən qurtuldu


RƏYLƏR