Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peris Hilton ilk dəfə qızından danışdı

Peris Hilton ilk dəfə qızından danışdı

Tarix: 29 Noyabr 2023 05:55

Xəbər verdiyimiz kimi, "Hilton" hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hiltonun ikinci övladı dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ilk dəfə bu barədə "People" jurnalına müsahibəsində danışıb. O, qızının ötən həftə dünyaya gəldiyini açıqlayıb.

"Uşağımın yanımda olması səbəbilə sevincdən uçuram. Həyatım tamamlanmış görünür: mənim kiçik bir oğlum var, indi isə kiçik bir qızım var.

Feniksə (red. Perisin oğlu) ilk dəfə Milad ağacını göstərdim. Onun gözlərinin işıqlandığını görmək çox xoşbəxt, sehrli bir təcrübə idi. İlk Milad bayramımızı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, müğənni 2021-ci ildə iş adamı Karter Reumunla ailə qurub. Müğənninin bu il surroqat anadan dünyaya gələn Feniks Barron adlı oğlu da var.

Milli.Az


Etiketlər:  Peris Hilton dəfə qızından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ