Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arzu Rzayev: Mən sağam, amma...

Arzu Rzayev: Mən sağam, amma...

Tarix: 29 Noyabr 2023 12:30

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayevə ağır itki üz verib."Qafqazinfo"nun məlumatına görə, onun oğlu Arzu Rzayev vəfat edib.

Milli.Az xəbər verir ki, bir çoxları onu müğənni Arzu Rzayevlə səhv salıb.

Məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.

Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib:

"Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayılıblar. Səhərdən mənim bu  nömrəmə nə qədər insanlar zəng ediblər. Ölkə xaricindən - İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: "Sizə ayıb olsun". Mən sağam... Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun". 

Milli.Az


Etiketlər:  Arzu Rzayev Mən sağam amma


RƏYLƏR