Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 17:34
Barselonada yaşayan 25 yaşlı Aitana Lopez məşhurlardan sevgili olma təklifli mesajlar alır. Amma bu model real deyil.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, çəhrayı saçlı Aitana ötən yay dizayner, "The Clueless" agentliyinin qurucusu Ruben Kruz tərəfindən yaradılıb. Onun sözlərinə görə, virtual model ayda 10 min avroya qədər qazana bilir, lakin orta aylıq gəliri ümumilikdə 3 min avro civarındadır.
Aitana artıq bir çox markaların reklam üzü olmağa da başlayıb. Belə ki, o, cəmi bir neçə ay ərzində instaqramda 165 min izləyici toplaya bilib.
Agentliyin komandası hər həftə Aitananın həyatını istiqamətləndirmək üçün toplantı keçirir. Onu tanımaq istəyən izləyicilər üçün həftə ərzində nə edəcəyini, hansı yerləri ziyarət edəcəyini və hansı fotoşəkilləri yükləyəcəyinə qərar verirlər. Amma fotosessiyalar və ya qarderob dəyişikliyi yoxdur, sadəcə olaraq, modelin həftəsonunu Madriddə keçirməsi görüntüsünü yaratmaq üçün süni intellekt və fotoşopdan istifadə edən dizayn mütəxəssisləri kifayətdir.
Aitana fitnes həvəskarı kimi inkişaf etmiş, qətiyyətli və mürəkkəb xarakterə malikdir. Veb saytında o, özünü ünsiyyətcil və qayğıkeş kimi göstərir.
Lopez o qədər uğur qazanıb ki, onun dizaynerləri artıq ikinci virtual modeli, "bir qədər utancaq" Maianı hazırlayıblar. Adlar da təsadüfi seçilməyib, hər ikisində süni intellekt (AI) qısaltması var.