Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 00:08
Fransa hökumətinin üzvləri bundan sonra Vatsap, Teleqram və Signal mesencer xidmətlərindən istifadə edə bilməyəcəklər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bununla bağlı Fransa Baş naziri Yelizabet Born müvafiq qərar imzalayıb.
Bildirilib ki, nazirlər dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcburdur.
Nazirlər Kabinetinin üzvlərinə yerli və təhlükəsiz messencer xidməti hesab edilən Olviddən istifadə etmək tövsiyə olunur.