Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılcadan ölən uşaq 3 gün əvvəl xəstəliyə yoluxub – RƏSMİ

Qızılcadan ölən uşaq 3 gün əvvəl xəstəliyə yoluxub – RƏSMİ

Tarix: 30 Noyabr 2023 16:14

Yusif Əliyev adına 195 saylı orta məktəbdə IV sinif şagirdinin qızılcadan ölüm xəbəri ilə bağlı bəzi detallar bəlli olub. 

Sonxeber.net xəbər verir ki, 195 nömrəli tam orta məktəbdən verilən məlumatda görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər.

Məlumatda bildirilib ki, müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib. Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır.

Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib.

Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib. Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.


Etiketlər:  Qızılcadan ölən uşaq gün əvvəl xəstəliyə yoluxub RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ