Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 09:22
ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib.
"Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir", - o bildirib.
Sinq əlavə edib ki, Amerika hakimiyyəti Konqresin yaxın həftələrdə Prezident Baydenin Ukraynaya əlavə yardım tələbini qəbul edəcəyinə ümid edir.