Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəfəsin maşınından pul oğurlayana bu cəza verildi

Nəfəsin maşınından pul oğurlayana bu cəza verildi

Tarix: 1 Dekabr 2023 19:20

Ötən il dekabrın 30-da gecə saat 02 radələrində Nəsimi rayonu ərazisində müğənni Nəfəsə (Günel Məmmədli) məxsus "Range Rover" markalı avtomobildən 6 min manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü T.Ağayev Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, T.Ağayev yol kənarında dayanıb salfet satmaqla məşğul olurmuş. O, gecə saatlarında müğənninin "Range Rover" markalı avtomobillə Nəsimi rayonu ərazisində dayanaraq səsyazma studiyasına daxil olmasını görüb. Bundan sonra T.Ağayev avtomobilin açıq qalan qapısından daxil olmaqla maşındakı pulqabıdan 6 min manat götürərək qaçıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsin keçirdiyi tədbirlərlə saxlanılan şəxs pulları müğənniyə geri qaytarıb.

Məhkəmənin hökmü ilə T.Ağayevə 2 il 3 ay həbs cəzası verilib.

Milli.Az


Etiketlər:  Nəfəsin maşınından oğurlayana cəza verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ