Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 20:50
"Avroviziya-2008" təmsilçimiz Dilarə Kazımova şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net bildirir ki, Dilarə Kazımova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Həyatımda hələ ki heç kim yoxdur. Layihələrimiz var, yeni mahnılarımız olacaq. Bununla məşğulam".
"Artıq il bitir, Yeni ildən evlilik düşünürsünüzmü?" sualına ifaçı "Növbəti ildə evlilik düşünmürəm. Hələ ki elə bir insanla qarşılaşmamışam",-deyə cavab verib.
Müğənni artıq çəki atmasından da danışıb: "Hazırda üç kilo arıqlamışam. Pəhrizdəyəm. Kilo atmaq istəyirsinsə, ilk öncə yeməyə diqqət etməlisən. Çox arıq olmaq da lazım deyil. Ən vacib odur ki, sağlam olasan".
İtaliyada cəsarətli fotosessiya etdirən ifaçı tənqidi fikirlərə də münasibət bildirib: "Tənqidlər də oldu. İnstaqram səhifəmdə bütün şərhləri saxlamışam. Şərhlərin 50 faizində tənqid var idi. Biz tənqidi fikirlərə hazır idik. Bilirdik ki, cəsarətli yenilik edəndə mənfi-müsbət fikirlər ola bilər. Buna hazır idik. Ümumiyyətlə, tənqidlərə fikir verməməyə çalışıram. Əksinə, pozitiv yazanların fikrinə yüklənirəm. İnsan özünü qorumalıdır".
Qeyd edək ki, Dilarə Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla 2014-cü ildə ailə qurmuşdu.