Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan üçün iki seçim – “Azərbaycan hər birinə hazırdır”

Ermənistan üçün iki seçim – “Azərbaycan hər birinə hazırdır”

Tarix: 1 Dekabr 2023 22:06

"Ermənistan hakimiyyəti həm sülh prosesini, həm də düşmənçilik siyasətini paralel şəkildə aparır".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistanın ziddiyyətli siyasətinin arxasında Qərbdən gələn təlimatların olduğunu iddia edir:

"Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlılarla ermənilərin birgə yaşayışından danışarkən, azərbaycanlılar Ermənistana qayıdışının mümkünlüyünü də vurğulayıb. Xarici işlər naziri Ararat Mirzoyan isə ATƏT-in konfransında Azərbaycanı "kisenofobiya, etnik təmizləmə və təcavüz"də ittiham edir. Yəni Ermənistan sülh prosesini və düşmənçilik siyasətini paralel aparır. Erməni rəsmilər Qərbə gedən kimi aqressivləşir, Ermənistana qayıdanda "yumşalırlar". Çünki iradələri özlərində deyil, başqalarının əllərindədir.

Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da ABŞ-a gedir. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və İrəvanın Rusiyadan uzaqlaşması siyasətini müzakirə edəcək. Qriqoryanın ABŞ-dan yeni təlimatlarla qayıdacağı istisna deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi və digər mövzularla bağlı təlimatları Qərbdən alır. Bu belə olduqca, sülh bir kənarda qalacaq, düşmənçilik davam edəcək. Ermənistan hansını seçir-seçsin, bizim hər seçimə cavabımız var, nəticələrini İrəvan düşünməlidir".


Etiketlər:  Ermənistan üçün seçim Azərbaycan hər birinə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ