Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanın ən parlaq ulduzu" mükafatını ONLAR ALDILAR - VİDEO

Tarix: 4 Dekabr 2023 00:30

Nüfuzlu "Altın Kelebek" mükafatları Azərbaycanın parlayan ulduzlarına təqdim edilib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bir çox türk ulduzun ödül aldığı gecədə Avroviziya təmsilçimiz Samirə Əfəndi, aparıcı-aktrisa Kəmalə Piriyeva və influenser Nəcibə Əhmədi (Nadjiba) mükafatlandırılıb.

Onlar səhnəyə çıxaraq öz ödüllərini götürüb və bir-bir çıxış ediblər. Parlayan ulduzlarımıza ödüllərini stilist Anar Ağakişiyev təqdim edib. Hər üçü də çıxışı zamanı kövrəlib. Nəcibə deyib ki, 7 il əvvəl, ofisiant işlədiyi vaxtlara baxanda qürurlanır.

Kəmalə isə mükafatını kino üçün çalışan bütün həmkarları və kinosevərlərin adına alıb. O bildirib ki, Azərbaycan kinosunun yenidən dirçəlməsini arzulayır.

Samirə bildirib ki, "Pantene"dən olan gəlirini Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların övladlarına və Türkiyədəki dəhşətli zəlzələdə valideynlərini itirmiş uşaqlara bağışlayır.

Milli.Az


Etiketlər:  Azərbaycanın ən parlaq ulduzu mükafatını ONLAR ALDILAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ