Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın müavini Azərbaycanda səfərdədir

Ərdoğanın müavini Azərbaycanda səfərdədir

Tarix: 4 Dekabr 2023 16:42

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.


Etiketlər:  Ərdoğanın müavini Azərbaycanda səfərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ