Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol qaydalarına inqilabi dəyişiklər edilir

Futbol qaydalarına inqilabi dəyişiklər edilir

Tarix: 5 Dekabr 2023 10:20

Qışda Antalyada Rusiyanın 1-ci liqa klubları arasında keçiriləcək FNL Kuboku baş tutacaq. 

Milli.Az "Offsideplus.az"a istinadən xəbər verir ki, burada dünya tarixində ilk dəfə olaraq narıncı vərəqə və 10 dəqiqəlik cərimələr tətbiq olunacaq. Bu məlumatı jurnalist İlya Kazakov yayıb. Həmkarımız Rusiya Milli Futbol Liqasının prezidenti Nail İzmayılova istinad edib. 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında yeniliklər edib. Qırmızıdan az, sarıdan çox olan qayda pozuntuları üçün narıncı vərəqə cəzası tətniq olunacaq. Belə qayda pozuntularına görə oyunçu 10 dəqiqəlik meydandan kənarlaşdırılacaq. Oyuna qayıtdan sonra isə hesabında sarı vərəqə olacaq. Bundan əlavə, hakimlə mübahisə edən futbolçulara da 10 dəqiqəlik cərimələr tətbiq olunacaq.

Bu qaydalar Rusiya komandaları ilə oyunlarda təcrübədən keçiriləcək. 

Milli.Az


Etiketlər:  Futbol qaydalarına inqilabi dəyişiklər edilir


RƏYLƏR