Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suarez və Lionel Messi yenidən bir komandada oynayacaq

Suarez və Lionel Messi yenidən bir komandada oynayacaq

Tarix: 6 Dekabr 2023 08:12

Uruqvaylı ulduz futbolçu Luis Suaresin "İnter Mayami"yə transfer olunacağı gözlənilir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bir müddət Messi ilə "Barselona"da oynayan Suaresin yenidən argentinalı ulduzla eyni formanı geyinəcək.

Brazilyanın "Qremio" klubu ilə müqaviləsinin başa çatacağı bildirilən uruqvaylı futbolçunun MLS-də çıxış edəcəyi deyilir.

Luis Suaresin komandaya qatılması ilə daha əvvəl "Barselona"da çıxış etmiş 4 ulduz futbolçu da yenidən bir araya gələcək.

"Barselona" ilə son Çempionlar Liqasını qazanan heyətdə yer alan Serxio Busquets, Jordi Alba və Lionel Messi hazırda "İnter Mayami"də çıxış edir.

2023-cü ildə "Qremio"nun heyətində 52 rəsmi oyuna çıxan Luis Suares 24 qol vurub, 17 məhsuldar ötürmə edib.


Etiketlər:  Suarez Lionel Messi yenidən komandada oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ