Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan lideri finlandiyalı həmkarını təbrik edib

Azərbaycan lideri finlandiyalı həmkarını təbrik edib

Tarix: 6 Dekabr 2023 11:12

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az


Etiketlər:  Azərbaycan lideri finlandiyalı həmkarını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ