Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 12:26
Ermənistan və İran Araz çayı üzərində yeni körpünün layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib.
"Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda işləyən körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", - Qaleçyan bildirib.