Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 07:02
Mömin qadınla kişinin ən bariz sifətlərindən biri - əmanətdarlıq olmalıdır. Əmanətdar insanlar heç bir zaman bir-birinə xəyanət etməzlər.
Yaxşı olar ki, kişi qeyrət əhlindən olsun və başqalarını öz hərəmindən uzaqda saxlasın. Kişiyə əmanətdar olmaq vacib olduğu kimi, qadına da vacibdir ki, ərinə heç bir formada xəyanət etməsin.
İmam Sadiq (ə) buyurur: "Allah Təala qeyrətlidir və hər bir qeyrət sahibini sevər. Onun qeyrətli olmasına görədir ki, aşkar və gizli çirkinlikləri haram buyurmuşdur".
İmam Əli (ə) buyurur: "Yersiz qeyrət göstərməkdən çəkinin. Çünki bu iş düzgün qadınları büdrəməyə tərəf çəkər.
Ancaq qadınların işinə nəzarət et və nə zaman onlarda bir günah gördün - istər böyük olsun, istərsə də kiçik - narazı olduğunu nümayiş etdirən halda onlarla rəftar et. Cəzalandırmaqdan çəkin".
İmam Sadiq (ə) buyurur: "Ata və ananıza yaxşılıq edin ki, övladlarınız sizə yaxşılıq etsin. Başqalarının qadınlarına qarşı pakətəkli olun ki, qadınlarınız da pakətəkli olsun".
Allah Təala cəmi iman əhlinə qeyrətli həyat qismət eləsin!