Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Kiyevə mərmi göndərir? Andrey, qurbansan! - Markov

Bakı Kiyevə mərmi göndərir? Andrey, qurbansan! - Markov

Tarix: 7 Dekabr 2023 08:24

Mən Andrey Nikulinin "Azərbaycanın Ukrayna üçün mərmi istehsalını necə əsaslandırmaq olar" sualına cavab verirəm: Heç bir şəkildə. Çünki Azərbaycan Ukrayna üçün mərmi istehsal etmir. Bunu Azərbaycan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan yalnız Ukraynanın mülki əhalisinə yardım edir; Azərbaycanın humanitar yardım etdiyi əhali isə az qala hamısı bizimdir, rusdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert Sergey Markov guya Azərbaycanın Ukraynaya mərmi göndərməsi barədə rusiyalı ekspert Andrey Nikulinin də səsləndirdiyi fikirlərə münasibətində deyib.

O bildirib ki, Andrey Nikulin sadəcə Ukrayna təbliğat aparatının qurbanıdır:

"Andrey! Heç vaxt Ukrayna resurslarına etibar etməyin! Bu, neonasist terrorçu rejiminin silahıdır. Onlar həmişə yalan danışır. Onların Rusiya ilə Azərbaycan arasında dostluğu pozmaq cəhdləri uğursuzluğa məhkumdur".

Milli.Az


Etiketlər:  Bakı Kiyevə mərmi göndərir Andrey qurbansan Markov


RƏYLƏR