Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 16:48
Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş 2023-cü ildə meydanda ən çox vaxt keçirən futbolçu olub.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, o, oyun və meydanda keçirdiyi dəqiqə sayına görə bunu bacarıb.
29 yaşlı yarımmüdafiəçi bu il 66 matçda ümumilikdə 5748 dəqiqə çıxış edib. İkinci yeri Niderlandın "Feyenoord" klubunun müdafiəçisi David Qançko (58 oyunda 5248 dəqiqə) tutub. İspaniya təmsilçisi "Real"ın müdafiəçisi Antoni Rudiger isə 63 qarşılaşmada 5223 dəqiqə iştirak edib.
Qeyd edək ki, Bruno Fernandeş cari mövsüm 21 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.