Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alla Puqaçovanın yeni istedadı üzə çıxdı

Alla Puqaçovanın yeni istedadı üzə çıxdı

Tarix: 9 Dekabr 2023 08:45

Rusiya estradasının primadonnası Alla Puqaçovanın yeni istedadı üzə çıxıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, 30 il primadonna ilə işləmiş gitaraçı Aleksandr Levşin ifaçının gözlənilməz istedadını açıqlayıb.

Onun sözlərinə görə, ifaçı həmişə gözəl rəsm çəkib, təsviri sənətə meyilli olsa da, nədənsə istedadını üzə çıxarmamağa üstünlük verib.

"Alla gözəl çəkir. Pərəstişkarları yəqin ki, onun vallarının görünüşünü xatırlayırlar. Belə ki, valların üz qabığındakı "Qulliver" şəklini Alla özü çəkib. Onun daha çox yaxşı rəsmləri var idi. Bilmirəm, nədənsə o, bir dəfə də olsun fərdi sərgisini təşkil etməyib", - deyə musiqiçi bildirib.


Etiketlər:  Alla Puqaçovanın yeni istedadı üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ