Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbələdə autsayderlərin dueli, "Zirə" "Araz-Naxçıvan"a qarşı

Qəbələdə autsayderlərin dueli,

Tarix: 9 Dekabr 2023 09:16

Bu gün Misli Premyer Liqasında XVI turun oyunları keçiriləcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə 2 görüş reallaşacaq.

Əvvəlcə Qəbələdə atsayderlər üz-üzə gələcəklər. "Qəbələ" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Məğlub olan komanda turu, həm də böyük ehtimalla, mövsümün ilk yarısını sonuncu - 10-cu yerdə başa vuracaq.

Günün digər qarşılaşmasında isə liderin ən yaxın izləyicisi "Zirə" iddialılardan olan "Araz-Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək. İlk dövrədə "qartallar"ı minimal hesabla məğlub etməyi bacaran debütant hazırda yaxşı formada deyil. Azər Bağırovun komandası 11-ci turda "Qarabağ" üzərində sürpriz qələbədən (2:1) sonra 4 oyundu üç xala həsrətdir.

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Qarabağ" "Sumqayıt"ı ??? hesabı ilə məğlub edib. Turun daha 2 qarşılaşması ("Sabah" - "Səbail" və "Neftçi" - "Turan Tovuz") sabah keçiriləcək.

Misli Premyer Liqası
XVI tur
9 dekabr

15:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Qəbələ şəhər stadionu

17:00. "Zirə" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

Milli.Az


Etiketlər:  Qəbələdə autsayderlərin dueli Zirə Araz Naxçıvana qarşı


RƏYLƏR