Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktyorla evlənən xanım... - Məşhur sənətçidən şok etiraf

Aktyorla evlənən xanım... - Məşhur sənətçidən şok etiraf

Tarix: 9 Dekabr 2023 16:15

"Aktyorların evlənməsi çətin deyil, evliliyin özü çətindir. Ər də, arvad da aktyor olanda istər-istəməz rəqabət olur, amma olmaması da mümkün deyil. Xüsusən də istedad və karyerada eyni dərəcəlidirlərsə, bu, fəlakətdir... Amma ağıllı və gözəl insanlar bu avantajı ailənin və teatrın xeyrinə istifadə edirlər və çox yaxşı nəticələr əldə edirlər".

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış aktrisa və müğənni Zuhal Olcay Ahmet Mümtaz Taylanın "Empati" adlı verilişində qonaq olarkən deyib.

O sevgiyə inandığını dilə gətirib: "Mən sevgiyə inanıram. Sevginin ömrü var...Maksimum 5 il...".

Qeyd edək ki, 1976-cı ildə aktyor Selçuk Yöntemlə ailə quran Zuhal Olcay 3 il sonra boşanıb. Aktrisa daha sonra iş adamı Zəfər Olcayla ikinci evliliyini edib və 1987-ci ildə ayrılıb. Cütlüyün bu evlilikdən Ceren adlı bir qızı var.

1992-ci ildə Haluk Bilginerlə ailə quran Olcay 2004-cü ildə boşanıb.


Etiketlər:  Aktyorla evlənən xanım Məşhur sənətçidən şok etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ