Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 21:44
Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə RİA məlumat yayıb.
Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.
"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir", - deyə məlumatda bildirilir.
"Tele2" mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun "0" ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.