Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 23:50
Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı telekanalların müğənnilərə və aparıcılara açıq geyinməyi qadağan etdiyini bildirib:
"Telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, mənim başıma gəlməyib. Bunu eşidəndə təəccübləndim. Çünki elə müğənni açıq-saçıq geyinməlidir. Bu normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir. Dünya səhnəsinə, ulduzlarına bir baxın. AzTV-də bu var, 5-6 müğənnidən başqa heç kim efirə davət almır ki, senzura var. Başqa telekanallara nə olub? Niyə bayağı mahnılara senzura yoxdur? Efirə layiq olmayanlar oraya çıxa bilir. Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur, amma müğənnilərə var. Deməyə sözüm yoxdur".