Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günəşdə baş verənlərin insanlara hansı təsirləri var? - VİDEO

Günəşdə baş verənlərin insanlara hansı təsirləri var? - VİDEO

Tarix: 10 Dekabr 2023 06:46

Günəşdə kosmik küləyi Yerə doğru sovuran nəhəng qaranlıq dəlik yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda bu qırılma birbaşa Yerə yönəlib və planetimizə qeyri-adi sürətli radiasiyanın güclü axınlarını səpələyir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, dekabrın 2-də əmələ gələn tac dəliyinin 24 saat ərzində maksimal eni 800 min kilometrə çatıb. Bu da Yerin diametrindən 60 dəfə çoxdur. Baş verən bu dəyişikliklər isə maqnit qasırğalarının sayını artırır.

Əmir Əliyev Günəşdə baş verənlərin planetimizə olan təsirlərindən də danışıb.

Terapevt Arzu Hüseynova da qeyd edib ki, bu dalğalar insan orqanizmində bioloji hüceyrələrin iş prosesini pozur. Müxtəlif sinir pozuntuları, yuxusuzluq, qan təzyiqinin artması və sairə kimi hallar yarada bilər. Ona görə də meteohəssas insanlar əvvəlcədən müəyyən tədbirlər görməlidirlər.

Bu əlamətləri özündə hiss edən insanlar həkimə müraciət etməlidir.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Günəşdə baş verənlərin insanlara hansı təsirləri var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ