Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 11:40
Biz hakimiyyətə gələndə hədəfimiz ondan ibarət olmalı idi ki, mahiyyət etibarilə o emosional qavrayışın (Qarabağın) reallaşması mümkünsüzdür. Günah bizimdir ki, xalqımızla bu haqda danışmamışıq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda partiyasının iclasında çıxış edərkən deyib.
"Problem ondadır ki, mən özüm də bir neçə səbəbdən o praqmatik reallıqla barışa bilməmişəm. Anladım ki, emosiya və romantizm bir şeydir, reallıq və praqmatizm başqa şeydir. Bizə miras qalmış danışıqlar vəziyyəti, o vəziyyətdə irəliləyişin yolu təkcə ərazilərin təhvil verilməsi və s. deyil, həm də Dağlıq Qarabağda yaradılmış "dövlət"in ləğvi idi. Mən ilk dəfə İstintaq Komitəsində bu barədə çox dəqiqliklə danışdım", - Paşinyan bildirib.
Paşinyan o vaxt deyil, "Dağlıq Qarabağ hadisələrindən sonra" daha sərbəst danışa bildiyi üçün təəssüflənib:
"Mən o vaxt demişdim ki, "Dağlıq Qarabağın hakimiyyəti" həmin anda "Dağlıq Qarabağ"ı ləğv etsə də, əslində bu proses 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklərin nəticəsidir və qaçılmaz idi".