Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq

Prezident: Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq

Tarix: 10 Dekabr 2023 13:45

2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.

Milli.Az


Etiketlər:  Prezident Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ